AQROPARK HAQQINDA

Qısaca olaraq

İstixana kompleksi Zirə qəsəbəsində yerləşir

Kompleks 10 hektardan çox sahəni əhatə edir

Kompleks 4-cü nəsil istixanalardan ibarətdir

about

Pomidorların yetişdirilməsində ixtisaslaşır

Aylıq məhsul bir neçə yüz ton pomidor təşkil edir

İstehsal gigiyena normalarına uyğundur, ekoloji təmiz, enerji və ehtiyat baxımından qənaətlidir

info-icon

Məlumat

Bakı Aqropark istixana kompleksi Bakı şəhərinin ən dadlı pomidorları ilə məşhur Zirə qəsəbəsində yerləşir və 10 hektardan çox sahəni əhatə edir.

 

Bakı Aqropark – bütün regionda ən müasir və yüksəktexnoloji təsərrüfat müəssisələrindən biridir.

 

Bakı Aqroparkın müasir intensiv texnologiyalarla təchiz edilmiş 4-cü nəsil istixanaları hər ay bir neçə yüz ton yüksəkkeyfiyyətli pomidor məhsulunu yetişdirməyə imkan verir.

 

Toplanmış məhsulun hər partiyası müasir laboratoriyada mütləq keyfiyyət yoxlamasından keçir.

İstehsal bütün gigiyena normalarına uyğundur və ekoloji baxımdan tamamilə təmizdir.

 

Yaxın vaxtlarda kompleksin inkişaf etdirilməsi planlarına istixana sahələrinin miqyaslı genişləndirilməsi daxildir ki, bu da məhsulun həcmini bir neçə dəfə artırmağa imkan verəcək.

 

Bakı Aqropark həm Azərbaycanda, həm də MDB və Avropa ölkələrinə çatdırılmaları həyata keçirir. Yetişdirilən məhsul tomat.az brendi altında satılır.

Məlumat

YANAŞMAMIZ

Azərbaycanın güclü k/t ənənəsinə sahib olması, ona ölkə iqtisadiyyatının qeyri neft sektorunun inkişafında nəzərə çarpan addımlar atmağa imkan verir. Bununla əlaqədar olaraq məqsədimiz ənənəvi yanaşmanı müasirləşdirməklə həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda kənd təsərrüfatı sahəsində lider olmaqdır. Bu öhdəlikləri həyata keçirmək üçün müasir qabaqcıl texnologiyalar və çoxillik ənənələrlə elmin son nailliyyətlərinin yanaşı durduğu müasir aqro kompleks yaratdıq.

 

MİSSİYAMIZ

Köklü k/t ənənələrini, bu sahədəki müasir inkişafı və mütəxəssislərimizin professionallığını birləşdirməklə yüksək keyfiyyətli məhsul istehsal edirik.

Missiyamızı həyata keçirmək üçün biz:

- İstehsalatda yüksək texnologiyalardan istifadə edirik;
- Yuksək kvalifikasiyalı mütəxəssisləri işə cəlb edirik;
- Müasir laboratoriyada məhsulun keyfiyyətini davamlı olaraq nəzarət edirik;
- Uyğun sahədəki elmi nailiyyətləri daim izləyirik;
- Aidiyyəti istiqamətdə təlimlər və sərgilərdə iştirak etməklə kadr heyyətimizin bilik və təcrübəsini artırırq;
- Gündəlik olaraq prosesləri optimallaşdırırıq.

Məhsul

photo

Sort
ÇƏHRAYI BİF

“Çəhrayı Bif” sortu yüksək dad keyfiyyətlərinə, daşınma zamanı davamlılığa və əla xarici görünüşə malikdir.


 

Əsas kalibr: 80+;

 

Barın orta çəkisi: 220-240 qr;

 

Qablaşdırma büzməli karton tara: 8-10 kq;



 

Sertifikatlar


Photo

DAVAMLI İNKİŞAF

Bakı Aqropark eyni zamanda sosial, iqtisadi və ekoloji amilləri əhatə etməklə kənd təsərrüfatının davamlı inkişaf şəkildə aparılması konsepsiyasına əsaslanır.

Çoxillik staja malik peşəkarlar və beynəlxalq səviyyəli mütəxəssislərlə yanaşı Bakı Aqropark, varisliyi və yeni nəslin məşğulluğunu təmin etmək üçün yerli əhali arasından gənc kardları da cəlb edir.

İstixanalar ekologiyanın mühafizəsi, enerji və ehtiyatlara qənaət sahəsində aparıcı texnologiyalar və avadanlıqla təchiz olunub.

Əlaqə